[b]DİN 19 yaşlı qızın intiharı ilə bağlı məlumat yaydı[/b]
13 aprel 2016 11:59 (UTC +04:00)

[b]DİN 19 yaşlı qızın intiharı ilə bağlı məlumat yaydı[/b]

0

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 12-də Bakı şəhər sakini Jalə Ağayeva özünü Yasamal rayonu ərazisində yerləşən 9 mərtəbəli binalardan birinin damından atıb. O, hadisə yerində keçinib.

 

Araşdırma aparılır.

 

 

*****

 

15:44

 

Bakıda özünü çoxmərtəbəli binadan ataraq intihar edən qadının kimliyi məlum olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Şərifzadə küçəsindəıki 9 mərtəbəli binanın damından özünü ataraq intihar edən şəxs 1996-cı il təvəllüdlü Ağayeva Jalə Ağası qızı olub.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

*****

 

11:59

 

Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Şərifzadə küçəsi 130 ünvanının qarşısında (ATS-in yaxınlığı) 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

 

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar edən qadının şəxsiyyətini dəqiqləşdirir.

 

Qeyd edək ki, dünən Yasamalda daha bir qadın özünü binadan ataraq intihar edıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar