Dünən Bakıda spirtli içkinin təsiri nəticəsində ölən qadınla bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Pirallahı qəsəbəsində evlərdən birində vəfat edən O.K Bakı şəhərinin Xətai rayon sakini olub və bu rayonda yaşayırmış. 42 yaşlı O.K Pirallahıya keçmiş iş yoldaşı, 70 yaşlı Oqtay Məmmədovun (ad və soyad şərtidir) evinə qonaq gedibmiş və onlar yeyib-içiblər. Daha sonra qadın özünü pis hiss etdiyindən otağa keçib uzanıb və bir qədər sonra keçinib.
Bildirilir ki, qadının ölümünə onun həddindən artıq spirtli içki qəbul etməsi və xəstəliyi səbəb olub.
Qeyd edək ki, O.K bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onun iki övladı varmış.
Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.
*****
15:36
Bakıda qadın spirtli içkinin təsiri altında ölüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də Pirallahı rayonu ərazisində Bakı şəhər sakini O.K çoxlu miqdarda spirtli içki qəbul etdikdən sonra ölüb.
Araşdırmalar aparılır.