Bakıda qəzaya düşərək yanan avtomobildə xəsarət alan şəxslərin adları məlum olub. Lent.az-ın məlumatına görə, dünən saat 15:54 radələrində Səbail rayonu Salyan yolu 18 ünvanın yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsində “Hyundai Azera” markalı 99 HE 088 dövlət nömrə nişanlı avtomobil yanıb. Nəticədə avtomobilin sürücüsü 1993-cü il təvəlüdlü Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Talıbov Samir Müsrif oğlu və maşında onunla olan anası, 1964-cü ildə anadan olmuş, Talıbova Səadət Oqtay qızı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
*****
17:14
Bakıda yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Səbael rayonunda vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.