Bakıda minik avtomobili piyadanı vurub. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 90 GF 856 nömrə nişanlı "Mercedes" yolu keçməyə çalışan 59 yaşlı qadını vurub. Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.