Bakıda 84 yaşlı kişini öldürənlər tutuldu: biri qadındır - <span style="color:red;">YENİLƏNİB
07 may 2016 13:15 (UTC +04:00)

Bakıda 84 yaşlı kişini öldürənlər tutuldu: biri qadındır - YENİLƏNİB

0

Mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri ələ keçib. Onlar - əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanovadır. 

 

***

 

05 may, saat 11:23

 

Bakıda daha bir qətl hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən mənzildə 84 yaşlı Məhəmməd Səmədov öldürülüb. Onun meyiti əlləri arxadan bağlanmış şəkildə aşkarlanıb.

 

Hadisənin kim tərəfindən, hansə şəraitdə və nə səbəbdən törədilməsi hələlik məlum deyil, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar