<b>3 nəfər özünü öldürdü</b> - <span style="color:red;">BAKIDA
21 aprel 2016 11:52 (UTC +04:00)

3 nəfər özünü öldürdü - BAKIDA

0

Bakıda 3 nəfər intihar edib. Lent.az-ın məlumatına görə, Binəqədi rayon Goradil bağ massivindəki nömrəsiz evdə yaşayan 1982-ci il təvəllüdlü Məmmədova Aynurə İzzət qızı özünü həyətdəki talvardan kapron iplə asaraq intihar edib. Binəqədi qəsəbə sakini, 1957-ci il təvəllüdlü Məmmədov Səlimxan Əliyar oğlu isə özünü yaşadığı mənzildə asıb.

 

Oxşar hadisə Nizami rayonunda da baş verib. Keşlə qəsəbə sakini, 1946-cı il təvəllüdlü Ağacanov Akif Abdulla oğlu özünü yaşadığı evdə asıb.

 

A.Məmmədova və A.Ağacanovun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

 

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar