Bakıda 34 yaşlı kişi öldürülüb - YENİLƏNİB
26 may 2016 12:21 (UTC +04:00)

Bakıda 34 yaşlı kişi öldürülüb - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 25-də Pirallahı rayonunun Dübəndi bağlar sahəsində Pirallahı qəsəbə sakini Aleksandr Qraçyovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

 

Bakı şəhər Baş Polis İdarəsi, rayon Prokurorluğu və RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri ilə hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Ruslan Şevçun tutulub.

 

*****

 

10:17

 

Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonu Dübəndi qəsəbəsində baş verib. Həmin qəsəbənin Şimal küçəsində 1982-ci il təvəllüdlü Qraçov Aleksandr Nikolayeviçin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin 1974-cü il təvəllüdlü Şevçov Ruslan Valeriyeviç tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar