Bakı Apellyasiya Məhkəməsində bacısının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin Cavadovun şikayəti üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edib. Hakimlər kollegiyasının qərarına əsasən onun 13 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının azaldılması ilə bağlı şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, keçən il fevralda Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat şossesində yerləşən Yeni Yaşayış massivində baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Elşən oğlu Cavadov aralarında yaranan münaqişə zəminində bacısının nişanlısı, 1991-ci il təvəllüdlü Habil Aslan oğlu Abdullayevi qətlə yetirib. İlkin məlumata görə, qətlə yetirilən H.Abdullayev nişanlısı ilə gedibmiş. O, gələcək qayınatası E.Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı E.Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına kəsici və ya deşici alətlə vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. E.Cavadov polisə könüllü təslim olub. O, ilkin ifadəsində bacısının nişanlısını onların evinə tez-tez gəldiyi üçün öldürdüyünü bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E.Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.