Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nizami rayonu Babək prospekti ərazisində "Toyota" markalı minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə ağır xəsarət alan motosikletin sürücüsü xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.