Şabranda 7 yaşlı uşağı maşın vuraraq öldürüb - <span style="color:red;">YENİLƏNİB
14 mart 2016 11:44 (UTC +04:00)

Şabranda 7 yaşlı uşağı maşın vuraraq öldürüb - YENİLƏNİB

0

Şabranda 7 yaşlı uşağı maşın vurub.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 122-ci kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini 1965-ci il təvəllüdlü Şamil Xasay oğlu İsmayılov idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən Rusiya vətəndaşı, 2009-cu il təvəllüdlü Rüstəm Mirzə oğlu Mirzəyevi vurub.  Nəticədə R.Mirzəyev hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

10:51

Martın 13-də Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər ölüb. Lent.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, bazar günü ölkədə ümumilikdə 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.

 

Ölümlə nəticələnən qəzalar Lənkəran və Şabran rayonlarında qeydə alınıb ki, hər iki halda avtomobillər piyadanı vurub öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar