Azərbaycanda həbs edilən peşəkar futbolçu ilə bağlı <span style="color:red;">AÇIQLAMA  - <span style="color:red;">YENİLƏNİB
18 may 2016 15:54 (UTC +04:00)

Azərbaycanda həbs edilən peşəkar futbolçu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

0

"İnter" futbol klubu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan kamerunlu futbolçu ilə hər hansı əlaqəsinin olmadığını bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Lent.az-a bildirib ki, 21 yaşlı Arnaud Ziopep Patrick klubda baxışda olmayıb və ona hər hansı dəvət göndərilməyib: "Ümumiyyətlə hələ ki transfer pəncərəsi açılmayıb. Bizim klubun transfer siyasətinə gəlincə, çalışırıq gənc yerli istedadlara şərait yaradaq".

 

Qeyd edək ki, A.Z.Patrick həbs edilməzdən əvvəl musavat.com-a açıqlamasında bir çox klublarda oynadığını və Bakının "İnter" klubuna keçə biləcəyini deyib. O, digər iki qardaşı ilə birgə Bakıda Əfqanıstan vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilir.

 

 

*****

 

12:34

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakıda dələduzluq əməlinə görə yaxaladığı şəxslərdən birinin futbolçu olduğu üzə çıxıb. Lent.az-ın məlumatına görə, həmin şəxs 1995-ci il təvəllüdlü Arnaud Ziepop Patrikdir. Kamerundan olan Patrik bu ilin mart ayında Azərbaycana gəlib. O, peşəkar futbolçudur. Mali, Mərakeş, Zimbabvenin əsas liqalarında və ardınca Fransanın aşağı divizion klublarında çıxış edən Patrik bir müddət əvvəl musavat.com-a müsahibəsində deyib ki, Fransanın tanınmış klublarından olan “Laval”a transfer ediləcəyi ərəfədə meneceri tərəfindən aldadılıb.

 

21 yaşlı kamerunlu onu da bildirib ki, hazırda Bakının “İnter” futbol klubu ilə danışıqlar aparır və bu kluba transfer oluna bilər.

 

*****

 

12:17

 

Daxili işlər orqanları tərəfindən insanların dələduzluq yolu ilə aldadılmasınının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanmadığı şəxslərin onun etimadını qazanaraq 50000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100.000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları – Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.

 

Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı “Formula 1” idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar