Cəbhə xəttində şəhid olan əsgər Natiq Tahirlinin feysbukdakı son statusu "Hələlik" sözündən ibarət olub. Lent.az xəbər verir ki, 28 oktyabr 1997-ci ildə anadan olmuş Natiq bir müddət əvvəl məzuniyyətə gəlibmiş və Bakıda dostları ilə görüşüb. O, sosial şəbəkədə 18 aylıq hərbi xidmət dövrünü 18 illik ömrünün "sezon finalı" adlandırıb.
Şəhid Natiq Tahirlinin bəzi fotolarını təqdim edirik.
10:35
*****
Münaqişəyə dair danışıqlara məhəl qoymayan Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.
Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.