Arif Yunus məhkəmə zalından azadlığa buraxıldı
12 noyabr 2015 14:36 (UTC +04:00)

Arif Yunus məhkəmə zalından azadlığa buraxıldı

0

 

Bakı şəhər Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən prosesdə Ədliyyə Nazirliyindən daxil olmuş məktub oxunub.

 

Məktubda bildirilir ki, alman həkimin müayinəsindən sonra Arif Yunusun təzyiqinin həddən artıq yuxarı olması müəyyən edilib. Bu səbəbdən onu MTN-nin təcridxanasından Penitensiar Xidmətin xəstəxanasına köçürüblər. Burada isə müvafiq müayinələri aparmaq mümkün olmadığından onun barəsində həbs qətiimkan qərarının dəyişdirilməsi xahiş olunub.

 

Prokuror qərarın dəyişdirilməməsini tələb etsə də, müdafiə tərəfinin israrlı tələblərindən sonra hakim Arif Yunusun barəsində qətiimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək iltizamı ilə əvəz olunması barədə qərarı elan edib.

 

Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar