Antalyadan Bakıya dəyənək gətirilməsinin qarşısı alındı
05 noyabr 2015 16:18 (UTC +04:00)

Antalyadan Bakıya dəyənək gətirilməsinin qarşısı alındı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşları Fərid Həsənbəyov və Tural Səmədzadə gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı F.Həsənbəyova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 3 ədəd, T.Səmədzadənin çantasındakı şəxsi əşyaların arasından isə 1 ədəd metaldan hazırlanmış dəyənəklər aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına  əsasən, ekspertizaya təqdim edilən həmin predmetlər dəyənək tipində kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahlardır.

 

 Hər iki faktla bağlı təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar