ANS-in şikayəti yenidən məhkəməyə qaytarıldı
26 fevral 2016 13:08 (UTC +04:00)

ANS-in şikayəti yenidən məhkəməyə qaytarıldı

0

Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə ayrı-ayrılıqda 3 məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, məhkəmə hər üç iş üzrə ANS-in şikayətini qismən təmin edib və qərarları yenidən MTRŞ-ya göndərib.

 

 

Məhkəmədə bildirilib ki, şura həmin qərarlara yenidən baxmalıdır.

 

 

 Qeyd edək ki, şura televiziyanın cərimə olunması barədə qərarlar qəbul edib. Həmin qərarlarla razılaşmayan ANS Səbail rayon Məhkəməsinə müraciət edərək qərarların ləğv edilməsini istəyib. Lakin məhkəmə iddiaları təmin etməyib. Bundan sonra, ANS apellyasiya şikayəti verib. Bakı Apelllyasiya Məhkəməsi şikayəti qismən təmin edərək işləri yenidən Səbail rayon Məhkəməsinə qaytarıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar