Ali Məhkəmə İntiqam Əliyevin işi barədə qərar çıxarıb
24 fevral 2016 12:24 (UTC +04:00)

Ali Məhkəmə İntiqam Əliyevin işi barədə qərar çıxarıb

0

 

Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın verdiyi məlumata görə, prosesdə hüquq müdafiəçisinin şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar