Bakı metrosunda faciəvi hadisə:<span style="color:red;"> həkim öldü  - <span style="color:red;">YENİLƏNİB
11 may 2016 11:10 (UTC +04:00)

Bakı metrosunda faciəvi hadisə: həkim öldü - YENİLƏNİB

0

Bu gün Bakı metrosunun “Qara Qarayev” stansiyasında ölən şəxsin kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, stansiyanın platformasında qəfil yıxılaraq vəfat edən şəxsin 1947-ci il təvəllüdlü, Bakı sakini, həkim, Həsənov Emin Hüseynağa oğlu olması müəyyən edilib. İlkin ehtimala görə o, ürək tutmasından vəfat edib.

 

 

*****

 

 

10:05

 

 

Bakı metrosunda ölüm hadisəsi baş verib.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib. 

 

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib: “Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar