<b>Azərbaycanda 2 nəfər intihar edib</b>
10 may 2016 11:06 (UTC +04:00)

Azərbaycanda 2 nəfər intihar edib

0

Şamaxı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sabir qəsəbə sakini 22 yaşlı Musa Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

 

Oxşar hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Rayonun Palıdlı kənd sakini olan 79 yaşlı Hamayıl Abdullayeva özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar