İyunun 2-də saat 05 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndində Gürcüstan vətəndaşı Alı Abbasovun idarə etdiyi “Opel” və Türkiyə vətəndaşı Oskay Hasanın idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Nəticədə A.Abbasovun sərnişini, Tovuz rayon sakini Rəna Məmmədova hadisə yerində ölüb, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.