80 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb
11 noyabr 2015 14:39 (UTC +04:00)

80 min manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayıb

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərviz Yusifovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən  prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı noyabrın 19-na təyin edilib.

 

Qeyd edək ki, P.Yusifov Rasim və Mehman Məmmədovun etibarını qazanaraq, onlardan birlikdə 80 min manat pul alıb. O, həmin şəxslərdən aldığı pulları qaytaracağını vəd etsə də, sözünə əməl etməyib.

 

P.Yusifov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar