20 yaşlı qız və 43 yaşlı kişi yoxa çıxıb
19 fevral 2016 12:08 (UTC +04:00)

20 yaşlı qız və 43 yaşlı kişi yoxa çıxıb

0

Bakıda 2 nəfər itkin düşüb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı 11.01.2016-cı il tarixdə Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə 23.01.2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

 

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

 

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

 

Qeyd edək kj, R.Əliyev İTV-nin əməkdaşıdır. 

 

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar