20-ci sahədə qəza: Bakıdan çıxmaq mümkün olmadı
08 noyabr 2013 09:57 (UTC +04:00)

20-ci sahədə qəza: Bakıdan çıxmaq mümkün olmadı

0

Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində zəncirvarı yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 20-ci Sahə adlanan ərazidə “VAZ 2106”, “Daewoo” markalı sərnişin avtobusu və “Shacman” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Hadisədən sonra ərazidə tıxac yaranıb və Bakıdan cənub istiqamətində çıxmaq istəyən avtomobillər 1 saata yaxın yolda gözləməli olub.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəlib və araşdırmalara başlanılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2552

Oxşar yazılar