14 yaşlı lal-kor oğlunu öldürməkdə təqsirli bilinən atanın şikayəti rədd edildi
23 sentyabr 2015 13:23 (UTC +04:00)

14 yaşlı lal-kor oğlunu öldürməkdə təqsirli bilinən atanın şikayəti rədd edildi

0

Sumqayıt Apelyasiya Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  

 

Lent.az-ın məlumatına görə,  hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar çıxarılıb. Qərara əsasən,  Eldəniz Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.

 

Xatırladaq ki, hadisə ötən ilin iyulun 19-da Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

 

Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb. 

 

Qeyd edək ki, Eldəniz Məmmədov keçən məhkəmə proseslərində oğlunu öldürmədiyini bildirib. İttiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində 14 yaşlı lal-kar oğlu İbrahimi həyat yoldaşı Simuzər Məmmədovanın qətlə yetirdiyini iddia etmişdi.   Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar