​​​​​​​Xaçmazda bələdiyyə sədrinə  CİNAYƏT İŞİ AÇILDI
01 may 2023 14:41 (UTC +04:00)

​​​​​​​Xaçmazda bələdiyyə sədrinə CİNAYƏT İŞİ AÇILDI

0

Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin keçmiş sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Xaçmaz rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2079

Oxşar yazılar