Ukraynada döyüşən azərbaycanlı 7 aydır itkin düşüb
25 dekabr 2025 14:19 (UTC +04:00)

Ukraynada döyüşən azərbaycanlı 7 aydır itkin düşüb

2

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

37 yaşlı Bayramov Xanlar Bayram oğlu bu il mayın 3-dən Ukraynada itkin düşüb. Məlumata görə, o, Gürcüstanın Bolnisi rayonu, Darvaz kəndində anadan olub.

Rusiya vətəndaşı olan Xanlar Bayramov Rusiya ordusunun tərkibində döyüşüb və Luqansk vilayəti, Novomixaylovka istiqamətində itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1899

Oxşar yazılar