Tovuzda 18 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI
16 oktyabr 2024 11:03 (UTC +04:00)

Tovuzda 18 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI

0

Tovuzda 18 nəfərin dönərdən zəhərlənməsi barədə xəbər vermişdik.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, rayonun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb:

"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3285

Oxşar yazılar