Tanınmış fotoqrafın  evində yanğın
23 mart 2026 12:00 (UTC +04:00)

Tanınmış fotoqrafın evində yanğın

0

Məşhur fotoqraf və bloger Orxan Aslanovun evində yanğın baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunaraq yanğının vətəndaşa məxsus ümumi sahəsi 145 kvadrat metr olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğunu  müəyyən edib. 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115 kvadrat metr sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib. Xəsarət alanın  olmadığı bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar