Rusiyada həbs olunan vəkil Elman Paşayevə YENİ İTTİHAM
04 oktyabr 2024 10:57 (UTC +04:00)

Rusiyada həbs olunan vəkil Elman Paşayevə YENİ İTTİHAM

0

Rusiyada həbs olunan azərbaycanlı vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər keçmiş hüquq müdafiəçisini Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsində (xüsusilə böyük miqyasda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham edirlər.

Paşayev istintaqla əməkdaşlıqdan imtina edib. İş üzrə 3 şahid dindirilib. Təqsirləndirilən şəxslərə qarşı cinayət işi üzrə istintaq çərçivəsində sübutların toplanması davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2117

Oxşar yazılar