Cəlilabadda narkotik vasitələrinin satışı ilə məşğul olan şəxs tutulub.
Lent.az-ın məlumatına görə, iyunun 21-də saat 19 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Yusubov Bəhruz Ramazan oğlu saxlanılıb.
Axtarış zamanı ondan 14,998 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində CM-nin 234.4.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.