Hacıqabulda 68 yaşlı  narkotacir tutuldu
05 fevral 2026 10:22 (UTC +04:00)

Hacıqabulda 68 yaşlı narkotacir tutuldu

0

Hacıqabulda narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, ondan ümumi çəkisi 7 kiloqrama yaxın olan narkotik vasitə həşiş, heroin və marixuana aşkarlanıb. R.Quluzadə şəxsiyyəti istintaqla araşdırılan əcnəbi vətəndaş tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Gəncə şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar