Biləsuvarda külli miqdarda at əti aşkarlanıb.
Bu barədə Lent.az Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib.
Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.
Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.