Bakıda şagird sinif yoldaşını yandırdı  -YENİLƏNİB
20 aprel 2026 13:46 (UTC +04:00)

Bakıda şagird sinif yoldaşını yandırdı -YENİLƏNİB

3

Bakıda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Lent.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. 

Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

***

Yasamal rayonu ərazisində məktəblilər arasında mübahisə zəminində insidentlə bağlı polis tərəfindən araşdırma aparılır.

Lent az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Məlumata görə, 16 yaşlı yeniyetmə 15 yaşlı şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

***

13:17

Bakıda şagird məktəbli yoldaşını yandırıb. 

Lent.az-ın məlumatına görə hadisə 286 nömrəli məktəbdə qeydə alınıb. 

Məktəbin şagirdi aralarında yaranmış mübahisə zəminində sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Yanıq xəsarəti alan şagird xəstəxanaya yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına  xəsarət yetirib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2397

Oxşar yazılar