Bakıda kişi işlədiyi sexdən 6 minlik boya  oğurladı
25 oktyabr 2024 11:19 (UTC +04:00)

Bakıda kişi işlədiyi sexdən 6 minlik boya oğurladı

0

Bakının Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar