Bakıda 15-ci mərtəbədə kondisioner PARTLADI:  usta yıxılıb öldü - YENİLƏNİB
14 aprel 2026 16:20 (UTC +04:00)

Bakıda 15-ci mərtəbədə kondisioner PARTLADI: usta yıxılıb öldü - YENİLƏNİB

1

Bakıda ustanın partlayış nəticəsində 15-ci mərtəbədən yıxılaraq öldüyü məlum olub.

Lent.az xəbər verir ki, hadisə usta 15-ci mərtəbədə yerləşən mənzilə kondisioner quraşdırarkən baş verib.

TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".

***

15:38

Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu 20 Yanvar küçəsində qeydə alınıb.

34 yaşlı Ömər Məhərrəmli buradakı binalardan birinin 15-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1350

Oxşar yazılar