Bakıda  AĞIR QƏZA:   “Zaporejets”in sürücüsü öldü
26 avqust 2022 13:02 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: “Zaporejets”in sürücüsü öldü

0

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Lökbatan-Xocasən yolunda qeydə alınıb. Qəbələ rayon sakini 28 yaşlı Səlimov Anar Qənbər oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan və geriyə dönmək istəyən Abşeron rayon sakini 61 yaşlı Manafov Muradalı Əli oğlunun idarə etdiyi "Zaporojiç" markalı avtomobillə toqquşub. Nəticədə "Zaporojiç"in sürücüsü Respublika Kliniki Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2409

Oxşar yazılar