Ağcabədidə 15 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, Ağcabədidə 15 yaşlı qızın dünyaya uşaq gətirməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, uşaq dünyaya gətirən 15 yaşlı qız xalası oğlu ilə evlənibmiş.