Polislər 6 ay axtarışda olan şəxsi yaxaladılar
04 mart 2020 09:40 (UTC +04:00)

Polislər 6 ay axtarışda olan şəxsi yaxaladılar

0

Bakının Nərimanov rayonunda oğurluq edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, ötən il avqustun 31-də rayon ərazisində Q.Məmmədovaya məxsus velosipedi oğurlayan şəxsin kimliyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş Astara rayon sakini 26 yaşlı Q.Rzayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1130

Oxşar yazılar