Küləyin vurduğu ziyan aradan qaldırıldı
02 mart 2020 13:11 (UTC +04:00)

Küləyin vurduğu ziyan aradan qaldırıldı

0

Ötən gündən əsən güclü küləyin bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaratdığı problem aradan qaldırılıb.
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, dünən gecə güclü külək Suraxanı rayonu, Hövsan qəsəbəsinin, Abşeron rayonu, Saray qəsəbəsinin bir hissəsində və bir sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaradıb.

Qabaqlayıcı tədbirlər nəticəsində baş verən qəzalar operativ şəkildə aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1144

Oxşar yazılar