Karantini pozan kafenin qadın icarədarı cərimələndi
09 iyun 2020 10:11 (UTC +04:00)

Karantini pozan kafenin qadın icarədarı cərimələndi

0

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. 

Lent.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1841

Oxşar yazılar