İki maşın toqquşdu: ölən var
19 fevral 2020 12:19 (UTC +04:00)

İki maşın toqquşdu: ölən var

0

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölüb, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1511

Oxşar yazılar