Güclü külək xəstəxananın damını uçurdu
02 mart 2020 12:26 (UTC +04:00)

Güclü külək xəstəxananın damını uçurdu

0

Güclü külək Bakının Yasamal rayonunda fəsad törədib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qoparaq ağacın üzərinə düşüb.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1192

Oxşar yazılar