Bakıda qadın köşkdə yanıb öldü
18 fevral 2020 10:41 (UTC +04:00)

Bakıda qadın köşkdə yanıb öldü

0

 

 

Sabunçu rayonunda ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı köşkün içərisində 52 yaşlı Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1470

Oxşar yazılar