Bakıda oğurluqlar edən xala uşaqları tutuldu
19 fevral 2020 12:52 (UTC +04:00)

Bakıda oğurluqlar edən xala uşaqları tutuldu

0

Xəzər rayonu Binə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqlar edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov tutularaq istintaqa təqdim ediliblər. 

Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “play station” salonundan ümumilikdə 18 ədəd oyun aparatı və 1 mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1135

Oxşar yazılar