Avtomobil qaçıran dəstə tutuldu, biri axtarışda imiş
03 mart 2020 13:14 (UTC +04:00)

Avtomobil qaçıran dəstə tutuldu, biri axtarışda imiş

0

Bakı sakinin avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun “VAZ-2107” markalı avtomobili qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 709

Oxşar yazılar