Sərhəddə miqrantlarla polis əlbəyaxa oldular
29 fevral 2016 17:57 (UTC +04:00)

Sərhəddə miqrantlarla polis əlbəyaxa oldular

0

Miqrantlar sərhəd keçid məntəqəsinin tikanlı məftillərini sındıraraq Makedoniya sərhədinə daxil olmaq istəyiblər.

 

Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, miqrantlar makedoniyalı sərhədçilərə Serbiya getmək istədiklərini, Makedoniyada qalmaq istəmədiklərini qeyd ediblər. Onlar sərhəddə uzun müddət saxlanılmalarına kəskin etiraz ediblər. Makedoniya polisi qanunu pozanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Miqrantlar polislərə daş atıblar.

 

 

Qeyd edək ki, Suriya və İraqdadakı müharibədən qaçan 500 dən çox miqrant  günlərdir Yunanıstan- Makedoniya sərhədində məskunlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar