Avropanın ən böyük quru qoşunu BU ÖLKƏDƏ  olacaq  
11 mart 2023 22:48 (UTC +04:00)

Avropanın ən böyük quru qoşunu BU ÖLKƏDƏ olacaq  

0

Polşa Avropanın ən böyük quru ordusunu qurur.

Lent.az-ın xəbərinə görə, nu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Polşa hakimiyyəti öz ÜDM-nin 4%-ni müdafiəyə xərcləmək niyyətindədir ki, bu da NATO standartlarından iki dəfə çoxdur.

Bundan əlavə, Polşanın modernləşdirmə proqramına Cənubi Koreyadan 1000 tank, ABŞ-dan 250 tank, 600 özüyeriyən haubitsa, 18 HIMARS, 288 reaktiv yaylım atəş sistemi və Cənubi Koreyadan 48 FA-50 döyüş təyyarəsi alınması daxildir. 

Ümumilikdə, Polşa 2035-ci ilə qədər 117 milyard dollardan çox silah sifarişi verib, 2023-cü il üçün müdafiə büdcəsi isə 26 milyard dollar təşkil edir.

Bundan əlavə, Polşa ordunun sayını iki dəfə - 300 min nəfərə qədər artırmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2225

Oxşar yazılar