Kraliça II Yelizavetanın dəfn mərasiminin xərci AÇIQLANDI:  Dodaq uçuqladan  MƏBLƏĞ
19 may 2023 16:28 (UTC +04:00)

Kraliça II Yelizavetanın dəfn mərasiminin xərci AÇIQLANDI: Dodaq uçuqladan MƏBLƏĞ

2

Böyük Britaniya kraliçası II Yelizavetanın dəfn mərasimi və matəm müddəti Britaniya hökumətinə təxminən 162 milyon funt-sterlinqə (202 milyon dollar) başa gəlib. 

Lent.az bildirir ki, bu barədə Krallığın Maliyyə Nazirliyinin məlumatlarına istinadən “Sky News” telekanalı məlumat yayıb.

II Yelizaveta 2022-ci il sentyabrın 8-də 97 yaşında vəfat edib. Böyük Britaniyada bununla bağlı 10 günlük milli matəm elan edilib.

Təqdim olunan məlumatlara görə, dəfn mərasimi və əlaqədar tədbirlər üçün ən böyük məbləği Böyük Britaniya Daxili İşlər Nazirliyi ödəyib - 74 milyon funt-sterlinq (92 milyon dollar). Sonrakı yerdə Mədəniyyət, Media və İdman Nazirliyi gəlir - 57,4 milyon funt-sterlinq (71 milyon dollar).

Kraliçanın dəfnini Şotlandiya (ölkə qalanlardan daha çox pul ödəyirdi), Uels və Şimali İrlandiya hökuməti tərəfindən də maliyyələşdirilib. Böyük Britaniya Xəzinədarlığı bu ölkələrə kompensasiyanın tam ödənildiyini bildirib.

Milli Polis Rəisləri Şurasının məlumatına görə, Kraliçanın dəfn mərasimi paytaxt polisi üçün ən böyük polis əməliyyatı olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2687

Oxşar yazılar