Türkiyədə şərikini döyən azərbaycanlı həbs olunub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Alanya qəsəbəsində baş verib.
Buradakı bir restoranda onlayn oyun oynayan daşınmaz əmlak agenti 38 yaşlı Aykut Poterlə azərbaycanlı şəriki Samir B. Arasında mübahisə yaranıb. Mübahisə zamanı Aykut zarafatla Samirin başına əli ilə zərbə vurub. Bundan sonra tərəflər əlbəyaxa olublar.
Şahidlərin sözlərinə görə, Samir Aykuta yumruqla zərbə vurub. Ağır xəsarət alan Aykut Poter xəstəxanaya yerləşdirilib. Onun reanimasiyada müalicə aldığı bildirilir.
Polislərin keçirdiyi əməliyyat tədbirləri ilə Samir B. Saxlanılıb. Qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Samir B. məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
