Messi Səudiyyə Ərəbistanı klubuna  icarəyə   verilə bilər 
10 oktyabr 2023 12:54 (UTC +04:00)

Messi Səudiyyə Ərəbistanı klubuna icarəyə verilə bilər 

0

"İnter Mayami"nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə bilər. 

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.

Keçən həftə “İnter Mayami” MLS-in pley-off mərhələsinə çıxmaq şanslarını itirib. Messinin komandası mövsümün son oyununu oktyabrın 22-də keçirəcək, bundan sonra fevralın sonuna kimi uzunmüddətli məzuniyyətə yollanacaq.

Mənbənin sözlərinə görə, səudiyyəlilər bu fasilədən istifadə edərək argentinalını bir neçə ay icarəyə götürə bilərlər. Əvvəllər MLS-də Amerika klublarının qış üçün Avropaya oyunçu buraxması təcrübəsi var idi. Bu, Devid Bekhem (“Milan”, 2009−2010), Terri Anri (“Arsenal”, 2012) və Robbi Kin (“Aston Villa”, 2012) ilə baş verib.

Messi keçən yay “İnter Mayami”nin oyunçusu olub. O, Amerika klubunda 13 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3899

Oxşar yazılar