Mbappe “Real”a keçməyə  razılıq verdi
31 mart 2023 11:53 (UTC +04:00)

Mbappe “Real”a keçməyə razılıq verdi

0

“Real” 2024-cü ilin yayında PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz transfer etmək niyyətindədir.

Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin sözlərinə görə, “Real” Mbappeni bir ildən sonra pulsuz almaq üçün səbirli olmaq və növbəti transfer pəncərəsində PSJ ilə danışıqlara getməmək qərarına gəlib. Eyni zamanda, futbolçunun özü də artıq “kral klubu”na keçmək istədiyini açıqlayıb.

Bir il əvvəl imzalanmış müqaviləyə əsasən, Mbappe 2023-cü ilin yayında müqaviləni uzatma opsiyasını aktivləşdirməsə, 2024-cü ildə PSJ-dən ayrıla bilər.

24 yaşlı Mbappenin "Real"a keçidi ötən il, onun parislilərlə əvvəlki müqaviləsi sona çatdığı vaxt bildirilmişdi, lakin fransız son anda fikrini dəyişərək PSJ-də qalmağa qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3076

Oxşar yazılar